Kadr siyasətimizin məqsədi əməkdaşlarımızın şirkətimizdəki fəaliyyətlərindən qürur duymalarını təmin etməkdir.
Kadr siyasətimiz əməkdaşlarımızın C`est Bon-un bir parçası olmaqdan qürur hissi keçirməsinə şərait yaratmağa yönəlib
Strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün C`est Bon-a peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır.
Kadr siyasətimiz, əməkdaşlarımıza Cest Bon-da işləməkdən qürur duymaları və bizimlə əməkdaşlıqdan rahatlıq hissi yaşamaları üçün dəstək göstərməyə yönəlib. Biz kadrların idarə olunması siyasətimizi daim təkmilləşdirəcək və əməkdaşların Cest Bon-da uzun müddət çalışmağa həvəsləndirilməsi üçün müvafiq stimullaşdırıcı sistemlər tətbiq edəcəyik.
Niyə C'est Bon?
Bizim uğurlu, rəqabətədavamlı və qlobal bir şirkət olmaq barədə iddialı niyyətlərimizi bölüşən insanlar axtarırıq.
C`est Bon məqsədləri və standartları aydın şəkildə müəyyən olunmuş, dinamik və sürətlə inkişaf edən bir şirkətdir. Biz insan kapitalını şirkətimizin uğurunun əsası hesab edir və bununla fəxr edirik. İnanırıq ki, düzgün seçilmiş insanları uyğun mövqelərə yerləşdirməklə bütün strategiyalarımızı uğurla həyata keçirə bilərik.
Bizim kadr siyasətimizin əsasında fərdə hörmət dayanır. Şirkətin kadr siyasəti inancından, cinsindən, milliyyətindən və mövqeyindən asılı olmayaraq C`est Bon-da işləyən hər bir şəxsə hörmətlə yanaşmağa yönəlmişdir.
Kadr siyasətimiz, əməkdaşlarımıza Cest Bon-da işləməkdən qürur duymaları və bizimlə əməkdaşlıqdan rahatlıq hissi yaşamaları üçün dəstək göstərməyə yönəlib. Biz kadrların idarə olunması siyasətimizi daim təkmilləşdirəcək və əməkdaşların Cest Bon-da uzun müddət çalışmağa həvəsləndirilməsi üçün müvafiq stimullaşdırıcı sistemlər tətbiq edəcəyik.
Yaradıcılığını göstər
Biz fəxr edirik ki, əməkdaşlarımıza yaradıcılıqlarını sərbəst ifadə edə və fərdi potensiallarını tam reallaşdıra biləcəkləri bir mühit təqdim edirik. C`est Bon-a, daim yeni ideyalar axtaran və onları gündəlik fəaliyyətə tətbiq etməyi bacaran yaradıcı insanlar lazımdır.
Çətinliklər və hədəflər
İşimizin təbiəti və qlobal bir şirkət olmaq üçün möhtəşəm məqsədlərimiz bizimlə birgə işləyən bütün əməkdaşlardan tələb edir ki, onlar öz işlərində yaranan hər hansı çətinliyin öhdəsindən gəlməyə hazır olsunlar. Biz bu cür əməkdaşları , həqiqətən də, çox yüksək qiymətləndiririk, çünki onlar bizim biznesi yeni üfüqlərə doğru aparacaqlar.
Bizə bir qlobal şirkət olacağımız barədə iddialı hədəflərimizin reallığına inanan və bu əsas strateji məqsədə nail olmaq üçün əlindən gələni edəcək əməkdaşlar lazımdır.
Əmək haqqı və mükafatlar
Biz həmişə elə şərait yaratmağa səy göstəririk ki, əməkdaşlarımız öz bilik və bacarıqları ilə bizdən aldıqları əmək haqları arasında bir tarazlıq olduğunu görə bilsinlər. Bizə yenilikçi, böyük məramlara can atan, yaradıcı və məsuliyyətli bir biznesmen lazımdır.
Biz fəxr edirik ki, əməkdaşlara bazardakı orta əsas əmək haqqı normasından yüksək əmək haqları təqdim edə bilirik. Bazarda rəqabətədavamlı bir işə götürən olmaq üçün biz bu siyasəti davam etdirəcəyik. Əsas əmək haqlarından başqa biz işçilərimizə bonuslar da veririk və ən yaxşı işçiləri “İlin ən yaxşı işçisi”, “İlin ən yaxşı aşpazı”, İlin müştərələrə ən yaxşı xidmət göstərən işçisi” və s. kimi mükafatlarla mükafatlandırırıq.
Gələcəkdə C`est Bon məhdud məsuliyyətli ictimai şirkət olduqdan və fond birjasında öz səhmlərini qeydiyyatdan keçirdikdən sonra biz işçilərimizin şirkətin səhmdarları olması üçün onlara səhmlər verəcəyik.
Karyera imkanları
Biz məsuliyyətli və dayanıqlı bir şirkət olmağa çalışırıq. Dayanıqlılıq təkcə maliyyə baxımından deyil, həm də əməkdaşlarımız, tərəfdaşlarımız və fəaliyyət göstərdiyimiz cəmiyyətlə qurduğumuz münasibətlərdə özünü göstərməlidir. Biz həqiqətən istəyirik ki, C’est Bon şirkəti insanlara uzun müddət işləmək istədikləri bir yer kimi görünsün və belə yanaşmanı dəyərləndirən şəxsləri işə cəlb edək.
C’est Bon şirkəti işçilər üçün elə bir mühit yaradır ki, hər kəs karyerasına başladığı vəzifədən rəhbər mövqelərə qədər inkişaf edə bilər. İstər sahibkar, istərsə də birbaşa rəhbər vəzifəsi olsun, biz hər bir əməkdaşı şirkət daxilində irəliləməyə təşviq edirik. Fəxr edirik ki, sadə bir vəzifədən başlayan və bizim müəyyən etdiyimiz meyarlara cavab verən hər bir əməkdaş restoran direktoru və ya vitse-prezident kimi yüksək vəzifələrə qədər yüksəlmək imkanı qazanır.
21-ci əsrdə iqtisadiyyat biliklərə əsaslanır və biz başa düşürük ki, rəqabətə davamlı qalmaq üçün öyrənmə prosesimiz mütəmadi olmalıdır. C`est Bon şirkəti ilə müqavilə bağlayanda hər bir şəxs bilməlidir ki, onun görəcəyi birinci iş müvafiq təlimdən keçməkdir.
Daxili və xarici mənbə və resurslardan istifadə etməklə, biz bütün əməkdaşlarımız üçün təlim və ixtisasartırma imkanları yaradırıq.
Bərabər imkanlar və müxtəliflik
C’est Bon fəxrlə bildirir ki, insanlara hörmət bizim İnsan Resursları Siyasətimizin əsas prinsipidir. Əməkdaşlarımız mədəniyyətindən, dinindən, millətindən və inanclarından asılı olmayaraq C’est Bon da özlərini rahat hiss edirlər. Burada, həmçinin, müxtəlif yaşda (18 yaşdan yuxarı) və fərqli fiziki xüsusiyyətlərə malik olan şəxslər də özlərini rahat hiss edə bilirlər.
Biz biznes fəaliyyətimizi müxtəlif mədəniyyətlərə, adət-ənənələrə və tarixə malik ölkələrdə aparmağı planlaşdırırıq, buna görə də müxtəlif dünyagörüşlü, müxtəlif mənşəli və çoxmillətli biznes mühitində səmərəli işləməyi öyrənmək hər birimiz üçün vacibdir.
C'estbon-da işləmək istəyirəm
Zəhmət olmasa, formanı doldurub bizə göndərin. Ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.