Contact us: +99450 262 58 88 | info@cestbon.az

İlk uğurlu sifariş C`est Bon-un sahibi tərəfindən onun öz evinin mətbəxində hazırlanmışdı.

C'est Bon-un Hekayəsi

İlk uğurlu sifariş C`est Bon-un sahibi tərəfindən onun öz evinin mətbəxində hazırlanmışdı. 2006-cı ilin mart ayı idi və bir beynəlxalq təşkilat tərəfindən 20 ədəd sendviç üçün sifariş verilmişdi.

O vaxt onun cəmi 30 AZN (təxminən $34) pulu var idi və həmin birinci sifarişdən əldə olunan mənfəət 14 AZN (təxminən $16) oldu.  Bu müvəffəqiyyətdən ruhlanan və göstərilən xidmət, dad və qablaşdırma barədə müsbət rəy  alan sahibkar öz biznesini genişləndirməyi və daha çox təşkilatlara və sifarişçilərə xidmət göstərməyi qərara aldı. Bu məqsədlə o, qırmızı və ağ rənglərlə özünün birinci reklamını – menyusunu – hazırladı və onu biznes mərkəzlərinə və Bakıda fəaliyyət göstərən böyük şirkətlərə göndərdi.

Həmin gündən etibarən o, Qırmızı (C`est Bon-nun möhtəşəm planları və məqsədləri olan dinamik bir şirkət olmasını) və Ağ (maliyyə məsələlərində, istehsalda və idarəetmədə şəffaflığı təcəssüm etdirən) rənglərlə işlənmiş ticarət markasını ictimaiyyətə təqdim etməkdədi.  Həmçinin, ağ rəng bütün yeməklərin tər-təmiz məhsullardan və avadanlıqlardan istifadə olunmaqla tər-təmiz şəraitdə hazırlandığını bildirir.

C`est Bon qeydiyyatdan keçmiş ticarət markasıdır və o, Azərbaycan Respublikası qanunları tərəfindən müdafiə olunur. C`est Bon {Se Bon} kimi oxunur və mənası fransızca “Yaxşıdır və ya kifayətdir” deməkdir.

2006-ci ilin aprelindən  başlayaraq C`est Bon öz yeməklərini və xidmətlərini ofislərə və mənzillərə çatdırmağa başladı. Biznesin effektivliyini (səmərəliliyini) artırmaq üçün maliyyə, ehtiyatların idarə edilməsi, tədarük, sifarişçi xidmətlərinin idarə edilməsi, kadrlarla iş və işçilərin stimullaşdırılması məsələləri üzrə korporativ standartlar tətbiq edilməyə başladı. 

Hal-hazırda C`est Bon ölkəmizdə iaşə xidməti göstərən dinamik və getdikcə genişlənən bir şirkətdir. Bizim növbəti strateji addımımız kiçik yerli şirkətdən qlobal beynəlxalq bir şirkətə çevrilməkdir.

C`est Bon «fresh food» şirkətidir və onun məqsədi heç bir kimyəvi maddə, əlavələr və ya konservantlardan istifadə etmədən, əllə hazırlanmış, təbii, təzə və yüksək keyfiyyətli yeməklər hazırlamaqdır.

Keyterinq təklifi almaq

İaşə (keyterinq) xidməti axtarırsınız? Formanı doldurun və bizə göndərin. Biz sizin üçün keyterinq təklifi hazırlayaq.

+99450 262 58 88

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.