C`est Bon-u öz mətbəxiniz və ya mətbəxinizin davamı kimi hesab edin, burada menyunuzda çatışmayan hazır yemək və ya hazır məhsulları əldə edə bilərsiniz.
Kafenizin/restoranınızın loqosu ilə etiketlənmiş və paketlənmiş sendviçlərin təminatı
Kafenizin/restoranınızın loqosu ilə etiketlənmiş və paketlənmiş salatların təminatı
Yarımfabrikat/dondurulmuş, bişirilməyə/yeyilməyə hazır qida məhsulları və yeməklərin təmin edilməsi
Soyulmuş kartof, yerkökü, soğanların təminatı
Təmizlənmiş və yuyulmuş kahı,xiyar pomidorların təminatı
İstifadəyə hazır vakuum paketində mal, toyuq və hind toyuğunun təminatı
Təhlükəsizlik
Sağlamlıq, təhlükəsizlik və ətraf mühitə qayğı bizim üçün ən vacib amilləridir. C`est Bon müvafiq qaydalara və prosedurlara ciddi şəkildə riayət edilməsinə böyük əhəmiyyət verir.
Məqsədlərimiz:
Təhlükəsizlik, sağlamlıq və ətraf mühitə qayğı göstərən məsuliyyətli iş fəaliyyəti
Fəaliyyətimiz zamanı müsbət SƏTƏM mədəniyyətinin formalaşdırılması
Ətraf mühitə minimum zərər
SƏTƏM tələblərinə məsuliyyətli yanaşma
Cʻest Bon-un siyasəti işçilərin və müştərilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsindən ibarətdir. Həmçinin, iş yerlərində təhlükəsizlik mədəniyyətini və təcrübəsini təşviq etmək, ətraf mühiti qorumaq. Cʻest Bon tam şəkildə öz məsuliyyətini dərk edir və əmək təhlükəsizliyinin və ətraf mühitin qorunmasının təmin olunmasına cavabdehdir. Biz biznes məqsədlərimizə çatarkən resurslardan maksimum səmərəli istifadə etməyə və fəaliyyətimizdən yaranan tullantıları minimuma endirməyə çalışacağıq.