Contact us: +99450 262 58 88 | info@cestbon.az

Biz əminik ki, C`est Bon-un uğuru dörd əsas prinsipə əsaslanır: insan amili, xidmət, yemək keyfiyyəti və marketinq.

Dəyərlərimiz

İnsan amili

Strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün C`est Bon-a peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Kadrlarla bağlı olan siyasətimiz, onlara C`est Bon-da işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləmələrindən  rahatlıq duymalarını təmin etməkdən ibarətdir. Biz həmişə kadr idarə etmə siyasətimizi təkminləşdirəcək və insanlara C`est Bon-da uzun müddət işləmək üçün stimullar verən sistemlərdən istifadə edəcəyik. Kadr siyasətinin əsasında dinindən, cinsindən, milliyyətindən və sosial mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmət dayanır.

Məhsul keyfiyyəti

Biz inanırıq ki, həmişə təzə, təbii və yüksək keyfiyyətli ərzaqlardan hazırlanmış yeməklərimizlə müştərilərimizin ürəyinə yol tapacağıq və onlar bizim ticarət markamıza sadiq qalacaqlar. Mətbəx və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilər təmiz olmalı və ən yüksək SƏTƏM və gigiyena standartlarına uyğun saxlanılmalıdır. Bundan başqa, bu proseslərdə iştirak edən əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi şəkildə əməl etməlidir. Yerindən asılı olmayaraq yemək, xidmət və inqredientlər eyni olmalıdır.

C`est Bon-n bütün restoranlarında yeməklər təzə və təbii məhsul və inqredientlərdən hazırlanmalıdır. Hər cür süni əlavələrin, qarışıqların və konservantların istifadəsi qadağandır. Bizim restoranlarımıza gələn müştərilər yüz faiz əmin olmalıdır ki, buradakı yeməklər həmişə təzə və təbiidir.

Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz bütün məhsulları yerli təchizatçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və keyfiyyət standartlarımıza hörmətlə yanaşmalarını tələb edirik. Məhsulların alınması və yeməklərin hazırlanması prosesində biz müntəzəm olaraq keyfiyyət sınaqları aparırıq ki, son məhsulun yüksək keyfiyyətli olmasına, SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına, eləcə də Azərbaycan qanunlarına cavab verdiyinə əmin olaq. Gələcəkdə biz təchizatçıların seçilməsi və məhsulların alınması üçün vahid sistemdən istifadə etməyi planlaşdırırıq. Bu bizə bütün prosesə nəzarət etmək və keyfiyyəti təmin etmək imkanı verəcəkdir.

Marketinq və əlaqələr

Bu o deməkdir ki, bizim bütün sifarişçilərimiz menyumuz, ərzağımız, istifadə etdiyimiz inqredientlər və qiymətlərimizdən xəbərdar olmalı və bizim yemək və xidmətlərimizi necə sifariş etməyi bilməlidir. Biz internetdən, web-səhifələrdən, TV-dən, radio və digər rabitə vasitələrindən istifadə edəcəyik. Şirkət məhsulları və xidmətləri ilə müştərilərimiz arasındakı interfeysin həmişə “istifadəçi üçün əlverişli” olması da vacibdir. 

Yuxarıda qeyd olunan bütün prinsiplər C`est Bon üçün əsas prinsiplərdir. Bu prinsiplərin hər hansı birinə kifayət qədər diqqət verilməməsi şirkətin inkişafını, qoyulmuş məqsədlərə nail olunmasını və planların həyata keçirilməsini ləngidər. Buna görə də, şirkət rəhbərliyinin əsas vəzifəsi ondan ibarətdir ki, bu prinsipləri bütün əməkdaşlara çatdırsın və onların bu prinsipləri başa düşdüyünə və onlara riayət etməyə hazır olduqlarına əmin olsun.

Keyterinq təklifi almaq

Formanı doldurun və bizə göndərin. Biz sizin üçün keyterinq təklifi hazırlayacağıq.

+99450 262 58 88

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.