Bizim üçün keyfiyyət inqrediyentlərin alınmasından başlayır və nəqliyyat, anbarlama, emal, satış və çatdırılma prosesləri boyunca davam edir.
Qida təhlükəsizliyi
Biz fəxr edirik ki, mətbəximiz və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilərimiz təmizdir və ən yüksək SƏTƏM (gigiyena standartlarına) uyğundur. Bundan başqa, bu proseslərdə iştirak edən əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi şəkildə əməl edir və C`est Bon-da işə götürülən əməkdaşlar əvvəlcə qida təhlükəsizliyi və SƏTƏM üzrə intensiv təlim keçirlər.
Bizim uzunmüddətli məqsədimiz yeməklərin hazırlanması, əməliyyat və idarəetmə proseslərində tanınmış dünya standartlarının (HACCP, ISO) tətbiqidir. Biz əməkdaşlarımızın ən yüksək qida keyfiyyəti və əməyin təhlükəsizliyi standartlarına riayət etməsi üçün təlim keçməsinə böyük diqqət veririk.
Bizim istifadə etdiyimiz prosedurlar və siyasətimiz hər bir kəs üçün açıqdır və bütün əməkdaşlarımız onlara riayət edir. Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz inqredientlərin əksəriyyətini yerli təchiztçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və keyfiyyət standartlarımıza hörmətlə yanaşmalarını tələb edirik. Ərzaqların alınması və yeməklərin hazırlanması zamanı biz müntəzəm olaraq keyfiyyət sınaqları aparırıq ki, məhsulun çox yüksək keyfiyyətli olmasına və onun SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına və Azərbaycan qanunlarına cavab verdiyinə əmin olaq. Təchizatçıların seçilməsi və məhsulların alınması üçün biz gələcəkdə vahid bir sistem tətbiq etməyi planlaşdırırıq. Bu bizə bütün prosesə nəzarət etmə və keyfiyyəti təmin etmə imkanı verəcəkdir.
Biz həmişə çatdırılma və xidmət prosesində qida keyfiyyətinə zərər vurmamağı düşünürük. Biz qida keyfiyyətinə zərər vurmadan çatdırılmasını təmin edən qablaşdırma materiallarından istifadə edirik.
Biz fəxr edirik ki, yeməklərin keyfiyyətinə həmişə nəzarət edirik və beləliklə də müştərilərimizin inamını qazanırıq. Öz qlobal biznesimizi biz yalnız inam qazanmaqla qura və rəqabətə davam gətirə bilərik.
Təhlükəsizlik siyasətimiz haqqında daha çox bilmək istəyirsiniz?
İaşə (keyterinq) xidməti axtarırsınız? Formanı doldurun və bizə göndərin. Biz sizinlə ən qısa zamanda əlaqə saxlayaq.