Neft-qaz sahəsi üçün həllər
Məqsədimiz işçilərinizin məhsuldarlığını və səmərəliliyini artırmaq üçün onlara təzə və dadlı yeməkləri təqdim etməkdir
Sağlamlıq, təhlükəsizlik və ətraf mühitə qayğı bizim üçün ən vacib amilləridir. C`est Bon müvafiq qaydalara və prosedurlara ciddi şəkildə riayət edilməsinə böyük əhəmiyyət verir.
Məqsədlərimiz:
Cʻest Bon-un siyasəti işçilərin və müştərilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsindən ibarətdir. Həmçinin, iş yerlərində təhlükəsizlik mədəniyyətini və təcrübəsini təşviq etmək, ətraf mühiti qorumaq. Cʻest Bon tam şəkildə öz məsuliyyətini dərk edir və əmək təhlükəsizliyinin və ətraf mühitin qorunmasının təmin olunmasına cavabdehdir. Biz biznes məqsədlərimizə çatarkən resurslardan maksimum səmərəli istifadə etməyə və fəaliyyətimizdən yaranan tullantıları minimuma endirməyə çalışacağıq.