Contact us: +99450 262 58 88 | info@cestbon.az

Fəaliyyətimizin məqsədi insanlığa xidmət etməkdir.

Məsuliyyətimiz

C`est Bon-un və orada işləyən insanların vəzifəsi həmişə məsuliyyətli olmaqdır. Məqsədimiz bütün dünyada və müxtəlif mədəniyyətlər, dinlər və millətlər içərisində qlobal bir şirkət olmaqdır və buna görə də, bu müxtəlif aspektləri başa düşmək və onlara hörmətlə yanaşmaq bizim üçün çox onəmlidir.

Korporativ siyasətimiz məsuliyyətlərimizi aşağıdakı qruplara şamil edir:

İctimaiyyət (İcmalar)

Biz başa düşürük ki, ictimaiyyətlə yaxşı əlaqələrin qurulması C`est Bon-un uğur qazanması üçün önəmlidir. Fəaliyyət göstərdiyimiz və biznes əlaqəsinə girdiyimiz icmalara heç bir ziyan vurmaq istəmirik. İnanırıq ki, açıq və şəffaf dialoqlarla biz problemin hamı üçün əlverişli ola biləcək həll yollarını tapa bilərik. Dəstəkləmək istədiyimiz yerli icmalardan bizi ən çox maraqlandıran təhsil sahəsidir.

Biz inanırıq ki, təhsil hər bir xalqın tərəqqisinin, inkişafının və iqtisadi yüksəlişinin açarıdır.

Bundan əlavə, C`est Bon-un fəaliyyəti haqqında məlumatların ictimaiyyət üçün açıq olmalı olduğuna inanırıq.

Belə məlumatlar əsaslı olmalı, mütəmadi olarq yenilənməli və icma nümayəndələri üçün, həqiqətən də, maraqlı olan məlumat sahələrini əhatə etməlidir.

Biz sözün əsl mənasında fəaliyyət göstərdiyimiz icmalarda məsuliyyətli tərəfdaş olmaq istəyirik.

Müştərilər

Biz dinindən, kültüründən və ya inancından asılı olmayaraq bütün müştərilərimizə eyni dərəcədə hörmətlə yanaşırıq. Gördüyümüz işlərdə biz əlimizdən gələni edirik ki, onlar bizim yemək və xidmətlərimizdən razı qalsınlar.

Müştərilərimiz qarşısında məsuliyyətimiz, onları sağlam və heç bir risk yaratmayan yemək və xidmətlərlə təmin etməkdir. Müştərilərimizin bizim menyu, ərzaq, istifadə etdiyimiz inqredientlər və qiymətlələ tanış olması asan olmalıdır.

Ətraf mühit

Fəaliyyətimiz boyunca ətraf mühitə ziyan vurmamaq prioritetimizdir. Əməliyyatlarımızın bütün mərhələlərində ətraf mühitə göstərdiyimiz təsirin minimuma endirilməsi öhdəliyimizdir. C`est Bon-un uzunmüddətli strategiyası ətraf mühitə heç bir ziyan vurmayan qablaşdırma materiallarından istifadə etməkdir.

Siyasətimiz C`est Bon-da işləyən hər kəsin ətraf mühit problemlərini anlamasını və ətraf mühitə təsiri minimuma endirməyə daim səy göstərməsini ciddi şəkildə tələb edir.

Bundan əlavə, yaşadığımız ətraf mühiti qorumağın ən yaxşı yolunun qabaqcıl texnologiyalardan istifadə etmək və problemlərə idraklı həll yolları axtarmaq olduğunu anlayırıq.

C`est Bon-un ətraf mühitin qorunması siyasəti tamamilə ekoloji cəhətdən zərərsiz məhsul və məmulatların alınması, satılması və istifadəsini əhatə edir. Şirkətimizdə ətraf mühit məsələlərinə cavabdeh şəxslər ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ictimaiyyətə və kütləvi informasiya vasitələrinə daim hesabat verməlidirlər.

Biznes tərəfdaşlarımız

Biznes tərəfdaşlarımızla güvənli, uzunmüddətli və sabit əməkdaşlıq qurmaq prioritemizdir. Biz inanırıq ki, yalnız bu prinsipə dayanaraq  biznesiimiz uğurlu və rəqabətədavamlı ola bilər. Eyni dərəcədə tərəfdaşlarımızdan da korporativ məsuliyyət siyasətimizdən xəbərdar olmalarını, hörmət etmələrini və riayət etmələrini xahiş edirik. Biz insan hüquqlarına hörmətlə yanaşan, məsuliyyətli və etik qaydalara əsaslanaraq fəaliyyət göstərən, həmçinin ətraf mühitin qorunmasına kömək edən tərəfdaşlarla işləməyə böyük maraq göstəririk.

Biz insan hüquqlarına hörmətlə yanaşan və ətraf mühitin mühafizəsinə kömək edən, öz işini məsuliyyətlə və etik normalar daxilində aparmaq öhdəliyinə sadiq olan tərəfdaşlarla birgə işləməyə böyük maraq göstəririk. Uşaq əməyindən hər hansı formada istifadə edən şirkətlərlə əməkdaşlıq bizim mənafeyimizə uyğun deyildir. Çünki bu, bizim “uşaq əməyi” siyasətimizə ziddir.

Bizimlə işləyən insanlar

Biz C'est Bon şirkətində yaxşı bilirik ki, uğurumuz birbaşa əmək resurslarımızdan asılıdır. Peşəkar, sadiq və məsuliyyətli əməkdaşlarımız sayəsində biz rəqabətdə üstünlük qazanır və sektorumuzda lider mövqeyimizi qoruyuruq.  Kadrlarla bağlı siyasətimizin əsasında dinindən, cinsindən, milliyyətindən və mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmətlə yanaşmaq dayanır.

C'est Bon, müxtəlif millətlərdən, mədəniyyətlərdən, dinlərdən və inanclardan olan əməkdaşlarımızın burada özlərini rahat hiss etməsindən qürur duyur.

Fərqli mədəniyyətlərə, ənənələrə və tarixi irsə malik ölkələrdə fəaliyyətimizi genişləndirməyi planlaşdırdığımız üçün, hamımız müxtəlif baxış bucaqlarına və mənşələrə hörmət edərək, çoxtərəfli biznes mühitində səmərəli işləməyi öyrənməliyik.

Bizimlə işləyən bütün əməkdaşlarımızdan C'est Bon-un korporativ məsuliyyət siyasətinə hörmət etmələrini və icrasında iştirak etmələrini xahiş edirik. Korporativ məsuliyyət siyasətindən maksimum fayda əldə etmək üçün biz bu sahədə həmişə məlumat və biliklərin mübadiləsini aparırıq.

Uşaq əməyi

Biz 18 yaşdan kiçik olan uşaqların əməyindən istifadə etməyin qəti olaraq əleyhinəyik. Bundan başqa, biz uşaq əməyindən hər hansı formada istifadə edən şirkətlərin mal və xidmətlərindən istifadə etmirik. 18 yaşdan kiçik olan uşaqlar C`est Bon-da işləmək üçün bizə müraciət edəndə, biz həmişə onlarla açıq söhbət aparır, onlar üçün işləməyin bizim fikrimizcə nəyə görə çox tez olduğunu izah edir və təhsillərini davam etdirməyin daha yaxşı yol olduğunu onlara izah edirik.

Biznes etikası

C`est Bon-un uzunmüddətli strategiyası — yerli bir şirkətdən qlobal səviyyəli bir brendə çevrilməkdir. Biz inanırıq ki, bu məqsədə yalnız biznesimizi inam və nüfuz üzərində quraraq çata bilərik. Buna görə də, etik prinsiplərə əsaslanaraq fəaliyyət göstərmək bizim üçün olduqca vacibdir.

İctimaiyyətin, tərəfdaşlarımızın, əməkdaşlarımızın və müştərilərimizin bizə güvəni olmadan qlobal uğur əldə etməyimiz mümkün deyil. Bu səbəbdən, fəaliyyət prinsiplərimizi bir daha dəyərləndirəcək və onları biznes etikası standartlarına tam uyğunlaşdıracağıq.

C`est Bon və onun bütün əməkdaşları rüşvətxorluğa və korrupsiyaya qarşı qəti mövqedədir. Biz hesab edirik ki, bu cür neqativ hallar sosial və iqtisadi inkişafın əsas əngəllərindən biridir. Üstəlik, rüşvət və korrupsiya ədalətli rəqabəti pozur, nəticədə isə müştərilər daha keyfiyyətli məhsul və xidmətlər arasında seçim imkanını itirirlər.

 

C`est Bon qeyri-siyasi bir təşkilatdır. Biz heç vaxt siyasi fəaliyyətlərdə iştirak etməyəcək və nə nağd şəkildə, nə də natura ilə siyasi xarakterli heç bir yardım göstərməyəcəyik.

Təsirimiz

C`est Bon yerli iqtisadi inkişafa iş imkanları yaratmaq, məhsulları yerli təchizatçılardan almaq və icmalara sərmayə qoymaqla mühüm töhfə verir. Hazırda istifadə etdiyimiz xammalın 70%-dən çoxu Bakıdakı yerli təchizatçılardan təmin olunur.

Yerli biznesləri dəstəkləməklə yanaşı, C`est Bon dövlət büdcəsinə vergilər ödəyir və 35-dən artıq əməkdaşına mütəmadi olaraq əməkhaqqı və bonuslar verir. Biz fəxr edirik ki, ölkə iqtisadiyyatına töhfə verərək Azərbaycanın qlobal iqtisadiyyatda rəqabət üstünlüyünü artırırıq.

 

Keyterinq təklifi almaq

İaşə (keyterinq) xidməti axtarırsınız? Formanı doldurun və bizə göndərin. Biz sizin üçün keyterinq təklifi hazırlayaq.

+99450 262 58 88

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.