Contact us: +99450 262 58 88 | info@cestbon.az

Biznesimizin əsasında müştərilərimizə daha yaxşı xidmət göstərmək, onları yeməklərimiz və xidmətlərimizlə məmnun etmək üçün əlimizdən gələni etmək dayanır.

Biznesdə uğurun əsas meyarı müştəri məmnuniyyətidir. C`est Bon-un bütün əməliyyat və strateji addımları məhz müştərilərin razı qalmasını təmin etməyə yönəlib. 

Biz istəyirik ki, müştərilərimiz yeməklərimizdən problemsiz və maneəsiz şəkildə zövq alsınlar və dünyanın istənilən yerində C`est Bon-un yemək və xidmətlərindən rahatlıqla faydalana bilsinlər. Bu səbəbdən də biz bütün ölkələrdə standart menyusu, xidmətləri, biznes formatı və interyeri olan restoran şəbəkəsinə malik bir qlobal şirkət olmaq niyyətindəyik.

Biz istəyirik ki, bütün müştərilərimiz öz dinlərinə və inanclarına zidd olmayan yeməklərdən istifadə etmək imkanına malik olsun. Biz istəmirik ki, müştərilərimiz bizim yemək və xidmətlərimizdən narazı qalsın və bizim haqqımızda mənfi rəydə olsunlar.

Biz öz sifarişçilərimizə onların dinindən, kültüründən və inancından asılı olmayaraq eyni dərəcədə hörmət edirik. Yemək və xidmətlərimizlə onlara rahatlıq və məmnunluq bəxş etmək üçün daim çalışırıq.

C`est Bon-da biz diqqətimizi tam şəkildə müştərilərimizə yönəldir, onlara qayğı və hörmətlə yanaşmağa çalışırıq. Bu məqsədlə aşağıdakı prinsiplərə əməl edirik: 

  • Müştərilərimizə səmimiyyət və nəzakətlə xidmət edirik

  • Peşəkar və etibarlı davranışımızla sifarişçilərimizin inamını qazanırıq

  • Müştərilərimizin xahiş və sorğularına operativ şəkildə cavab veririk

  • Onların fikirlərini və təkliflərini diqqətlə dinləyir, hörmətlə yanaşırıq

  • Yüksək xidmət səviyyəsinə nail olmaq üçün daim çalışır, təqdim etdiyimiz xidmətləri davamlı olaraq yaxşılaşdırırıq

  • Biznes proseslərimizi ən yaxşı əməli təcrübələrə uyğunlaşdıraraq müştərilərimizin gözləntilərini qarşılayırıq

Bizim üçün xidmət sadəcə müştərilərə yemək satmaqdan ibarət deyil. Hesab edirik ki, müştəriyə xidmət bundan daha geniş məfhumdur və özündə aşağıdakıları ehtiva edir:

Ərzağın keyfiyyəti

Biz inanırıq ki, həmişə təzə, təbii və yüksək keyfiyyətli ərzaqlardan hazırlanan məhsullarımızla müştərilərimizin rəğbətini qazanacaq və onların brendimizə sadiqliyini təmin edəcəyik. Mətbəx, həmçinin yeməklərin hazırlandığı və qablaşdırıldığı sahələr daim təmiz saxlanmalı və ən yüksək SƏTƏM və gigiyena standartlarına uyğun olmalıdır. Bu proseslərdə iştirak edən bütün əməkdaşlar isə müəyyən edilmiş qaydalara ciddi şəkildə riayət etməlidirlər.

Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz bütün məhsulları yerli təchiztçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və kefiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik.

Sağlamlığa sıfır zərər

Bizim bütün müştərilərimiz əmin ola bilərlər ki, onların C`est Bon-da yedikləri yeməklərin səhhətləri üçün heç bir təhlükəsi yoxdur. Bu təhlükəsizliyi təmin etmək üçün biz inqredientlərin alınmasından tutmuş, onların daşınmasına, anbarda yerləşdirilməsinə, emalına, satılmasına və çatdırılmasına qədər olan bütün prosesləri nəzarət altında saxlayırıq. Bundan başqa, biz təchizatçılarımızın hamısından bizim tələblərə və kefiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik. Ərzaq məhsullarının alınması və yeməklərin hazırlanması zamanı biz müntəzəm olaraq kefiyyət sınaqları aparırıq ki, son məhsulun çox yüksək kefiyyətli olmasına və onun SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına və qanunlara cavab verdiyinə əmin olaq.

Qənaətçilik

Biz istəyirik ki, müştərilərimiz C`est Bon-dan aldığı yemək və xidmətlərdən maksimum şəkildə faydalansınlar. Əmin olmaq istəyirik ki, müştərilərimiz digər restoran və kafelərlə müqayisədə C`est Bon-un yemək və xidmətlər almaq üçün ən yaxşı yer olduğunu hiss etsinlər. Bunu sübut etmək üçün biz müştərilərimizin C`est Bon-dan maksimum dərəcədə fayda əldə etməsinə kömək etmək məqsədi ilə bir neçə kampaniya və bonuslar tətbiq etmişik.

Etibarlı və fasiləsiz xidmət
Bizim məqsədimiz bütün müştərilərimizi xidmət və yeməklərimizlə heç bir fasilə və maneə olmadan təmin etməkdir. C`est Bon-un strategiyası etibarlı biznes tərəfdaşı olmaq və bütün müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq üzərində qurulub.

Gülərüz xidmət

Biz istəyirik ki, müştərilərimizin C`est Bon-un yemək və xidmətləri ilə bağlı fikirləri hər zaman müsbət olsun. Arzulayırıq ki, bütün əməkdaşlarımız sizinlə qarşılaşanda və sizə xidmət göstərərkən üzlərində səmimi bir təbəssüm görəsiniz.

Müştərilərə hörmət

Biz bütün müştərilərimizə bərabər hörmətlə yanaşırıq və onlar restoranlarımıza gəldikdə və ya xidmətlərimizdən istifadə etdikdə, hər bir addımımızla onlara rahatlıq və məmnunluq bəxş etməyə çalışırıq.

Cəld xidmət və yüksək keyfiyyətli qablaşdırma
Biz müştərilərimizə xidmətləri mümkün qədər operativ şəkildə göstərməyə çalışırıq. Lakin bu sürət heç vaxt əsas prinsipimiz – “təzə və təbii yeməklər” fəlsəfəsini kölgədə qoymur. C`est Bon-un xidmət siyasətində əsas məqamlardan biri yeməklərin düzgün və cəlbedici şəkildə qablaşdırılmasıdır. Qablaşdırma ilə məşğul olan əməkdaşlarımız isə yüksək gigiyena standartları üzrə xüsusi təlimlərdən keçmiş peşəkarlardır.

Müştərilərə həmişə məsləhət ver

C`est Bon-da nə satıcı, nə də ofisiant anlayışı var! İşçi heyətimizin müştərilərimizə xidmət göstərən bütün əməkdaşlarımız Müştəri Xidmətləri üzvləridir. Onların məqsədi yalnız yemək satmaq deyil, eyni zamanda ehtiyac olduqda müştəriləri menyu, inqrediyentlər, kampaniyalar və bonuslar haqqında məlumatlandırmaqdır. Bütün əməkdaşlarımız müştərilərə peşəkar və nəzakətli şəkildə yanaşmaq, düzgün məsləhət vermək bacarığına yiyələnmək üçün mütəmadi təlimlərə cəlb olunurlar. bütün işçilərimiz mütəmadi olaraq təlimlərdən keçirlər.

Şirkətin yemək və xidmətlərindən rahat istifadə imkanı

Müştərilər C`est Bon-un yemək və xidmətlərindən heç bir maneə və problem olmadan asanlıqla istifadə edə bilərlər. Müştərilərimizlə münasibətlərimiz isə hər zaman səmimi və xoş bir mühitdə qurulmalıdır.

Yeməklər və onların hazırlanmasında istifadə olunan inqredientlər barədə məlumatlar bütün müştərilər üçün açıqdır
Bu inqredientlərin (haradan və nə zaman alındığı da daxil olmaqla) şəffaf şəkildə təqdim olunması bizim borcumuzdur

Sorğular və tədqiqatlar
Biz müştərilərimizə təqdim etdiyimiz yemək və xidmətlər barədə fikirlərini öyrənmək üçün mütəmadi olaraq sorğular və tədqiqatlar aparırıq. Bu rəylər əsasında yeməklərin keyfiyyətini və xidmət səviyyəsini artırmaq məqsədilə prosedurlarımızı və əməliyyatlarımızı daim təkmilləşdiririk.

Müştəri xidməti

Keyterinq təklifi almaq

İaşə (keyterinq) xidməti axtarırsınız? Formanı doldurun və bizə göndərin. Biz sizin üçün keyterinq təklifi hazırlayaq.

 
+99450 262 58 88

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.