İcarədarlarınız C`est Bon-u kafeteriyanın sahibi kimi görməkdən məmnun olacaqlar, çünki onlara təzə və dadlı yeməklər, həmçinin münasib qiymətlərlə xidmət göstəriləcək.
Audio/video avadanlığının icarəsi; sinxron tərcümə avadanlığı
Təhlükəsizlik
Sağlamlıq, təhlükəsizlik və ətraf mühitə qayğı bizim üçün ən vacib amilləridir. C`est Bon müvafiq qaydalara və prosedurlara ciddi şəkildə riayət edilməsinə böyük əhəmiyyət verir.
Məqsədlərimiz:
Təhlükəsizlik, sağlamlıq və ətraf mühitə qayğı göstərən məsuliyyətli biznes
Şirkətdə Əmək, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə müsbət mədəniyyətin yaradılması
Ətraf mühitə minimum zərər
SƏTƏM tələblərinə məsuliyyətli yanaşma
Cʻest Bon-un siyasəti işçilərin və müştərilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsindən ibarətdir. Həmçinin, iş yerlərində təhlükəsizlik mədəniyyətini və təcrübəsini təşviq etmək, ətraf mühiti qorumaq. Cʻest Bon tam şəkildə öz məsuliyyətini dərk edir və əmək təhlükəsizliyinin və ətraf mühitin qorunmasının təmin olunmasına cavabdehdir. Biz biznes məqsədlərimizə çatarkən resurslardan maksimum səmərəli istifadə etməyə və fəaliyyətimizdən yaranan tullantıları minimuma endirməyə çalışacağıq.