Tədbirlər və layihələr üçün müvəqqəti personalın seçilməsi. Personalın təlimi və treninqlərin keçirilməsi
Məşhur yerli və xarici ifaçıların, aparıcıların dəvəti, əyləncə konsepsiyasının hazırlanması
Audio/video avadanlığın icarəsi; sinxron tərcümə üçün avadanlıq; foto və video çəkiliş
Təhlükəsizlik
Sağlamlıq, təhlükəsizlik və ətraf mühitə qayğı bizim üçün ən vacib amilləridir. C`est Bon müvafiq qaydalara və prosedurlara ciddi şəkildə riayət edilməsinə böyük əhəmiyyət verir.
Məqsədlərimiz:
Təhlükəsizlik, sağlamlıq və ətraf mühitə qayğı göstərən məsuliyyətli biznes
Şirkətdə Əmək, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə müsbət mədəniyyətin yaradılması
Ətraf mühitə minimum zərər
SƏTƏM tələblərinə məsuliyyətli yanaşma
Cʻest Bon-un siyasəti işçilərin və müştərilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsindən ibarətdir. Həmçinin, iş yerlərində təhlükəsizlik mədəniyyətini və təcrübəsini təşviq etmək, ətraf mühiti qorumaq. Cʻest Bon tam şəkildə öz məsuliyyətini dərk edir və əmək təhlükəsizliyinin və ətraf mühitin qorunmasının təmin olunmasına cavabdehdir. Biz biznes məqsədlərimizə çatarkən resurslardan maksimum səmərəli istifadə etməyə və fəaliyyətimizdən yaranan tullantıları minimuma endirməyə çalışacağıq.