Sağlamlıq, təhlükəsizlik və ətraf mühitə qayğı bizim üçün ən vacib amilləridir.
SƏTƏM
Sağlamlıq, təhlükəsizlik və ətraf mühitə qayğı bizim üçün ən vacib amilləridir. C`est Bon müvafiq qaydalara və prosedurlara ciddi şəkildə riayət edilməsinə böyük əhəmiyyət verir.
Məqsədlərimiz:
Cʻest Bon-un siyasəti işçilərin və müştərilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsindən ibarətdir. Həmçinin, iş yerlərində təhlükəsizlik mədəniyyətini və təcrübəsini təşviq etmək, ətraf mühiti qorumaq. Cʻest Bon tam şəkildə öz məsuliyyətini dərk edir və əmək təhlükəsizliyinin və ətraf mühitin qorunmasının təmin olunmasına cavabdehdir. Biz biznes məqsədlərimizə çatarkən resurslardan maksimum səmərəli istifadə etməyə və fəaliyyətimizdən yaranan tullantıları minimuma endirməyə çalışacağıq.
SƏTƏM Siyasəti Bəyanatı
C’est Bon-un siyasəti təhlükəsiz, sağlam və ekoloji cəhətdən dayanıqlı iş mühiti təmin etmək və bu prinsipləri işçilər arasında təşviq etməkdir. Şirkətimizdə Əmək mühafizəsi, ətraf mühitin mühafizəsi və təhlükəsizlik (ƏƏMT) sahəsində pozitiv mədəniyyətin davamlı inkişafı və dəstəklənməsi üçün daim səy göstərəcəyik.
C’est Bon təhlükəsiz iş şəraitinin yaradılması və ətraf mühitin mühafizəsinə dair üzərinə düşən məsuliyyəti tamamilə qəbul edir. Məqsədimiz, SƏTƏM ilə bağlı bütün məsələlərə şüurlu və məsuliyyətli yanaşmaqdır.
Biz inanırıq ki, hər bir insan ətraf mühitə qayğı göstərməli və təbiətin qorunması, eləcə də atmosferə buraxılan tullantıların azaldılması həllərinin axtarışında olmalıdır. Biz biznes məqsədlərimizi həyata keçirərkən resurslardan maksimum səmərəli istifadə etməyə və fəaliyyətimiz nəticəsində yaranan tullantı və emissiyaları minimuma endirməyə çalışacağıq.
Biz qida təhlükəsizliyi sahəsində beynəlxalq SƏTƏM standartlarına ciddi şəkildə riayət edirik və sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi məsələlərinə cavabdeh olan dövlət agentliyi ilə fəal əməkdaşlıq edirik.
Biz eyni tələbləri təchizatçılarımıza da qoyuruq — onların fəaliyyətləri bizim standartlara uyğun olmalı və beynəlxalq normalara əsaslanmalıdır. Ətraf mühit, təhlükəsizlik və sosial məsuliyyət sahəsində gördüyümüz işlər və hesabatlarımız müştərilərimiz üçün hər zaman açıqdır.
Əmək və Sağlamlıq Təhlükəsizliyi Prosedurları
SƏTƏM sahəsindəki məqsədlərə nail olmaq üçün C’est Bon şirkəti aşağıdakı sahələri əhatə edən tədbirlər görür və fəaliyyətlər həyata keçirir:
Hər bir əməkdaş şəxsi məsuliyyətini dərk etməli, həm özünün, həm də digər əməkdaşların və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməlidir.
Eyni zamanda, hər bir əməkdaş rəhbərlik və ya səlahiyyətli şəxslərlə əməkdaşlıq etməli, mövcud qanunvericiliyə uyğun olaraq onlara aid olan vəzifə və öhdəliklərin yerinə yetirilməsinə dəstək göstərməlidir.
SƏTƏM siyasətimiz haqqında daha ətraflı məlumat almaq istəyirsiniz?
Aşağıdakı formanı doldurun və bizə göndərin. Ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.